Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin ilin əvvəlində ilk rəsmi səfərini Bakıya etməsi vacibdir.
“Report”un Gürcüstan bürosunun məlumatına görə, bunu jurnalistlərə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.
O, Azərbaycanın Gürcüstan üçün strateji dost ölkə olduğunu qeyd edərək bildirib ki, səfər çərçivəsində bir sıra mühüm görüşlər planlaşdırılır:
“Bu görüşlər, o cümlədən Azərbaycanın xarici işlər naziri ilə, iki ölkə arasındakı əlaqələri daha da gücləndirəcək. Bu səfər ölkələr arasında siyasi, iqtisadi və mədəni sahələrdə müzakirələri artıracaq, əlaqələrin inkişafını təmin edəcək”.
Z.Pataradze, həmçinin vurğulayıb ki, bu görüşlər əlaqələrin yeni mərhələyə keçməsinə imkan yaradacaq.
Ruslan Həsənov