Yerli mediayazırki, yüzlərlə etirazçı küçə nümayişlərinə başlayıb. Onlar ölkə parlamenti ("Knesset") qarşısında aksiya keçirir, Baş nazir Benyamin Netanyahuya müraciətlə etiraz şüarları səsləndirirlər.
"Bu atəşkəs qərarı təslim olmağa bərabərdir. HƏMAS-ın əsas məqsədi İsrailin nüfuzunu ləkələmək idi. Belə görünür ki, onlar məqsədlərinə çatdılar", – aksiya iştirakçısı, oğlunu Qəzza zolağında döyüşdə itirən ravvin Yoram Eliyahu deyib.
Bir sıra nümayişçi, eyni zamanda, maliyyə naziri, Dini Sionizm Partiyasının lideri Betsalel Smotrçi "razılaşmanı dəstəkləməkdənsə hökumətdən istefa verməyə" çağırır.
Xatırladaq ki, ötən gecə İsrail və HƏMAS arasında rəsmi atəşkəs elan edilib. Nazir Betsalel Smotriç bu qərarla yalnız "döyüşə qayıdaraq HƏMAS üzərində tam qələbə çalınarsa" razılaşacağını dilə gətirib. Eyni zamanda, partiyanın parlamentdəki nümayəndəsi Tsvi Sukkot da "Kan" radiosuna müsahibəsində istefa ehtimalını təsdiqləyib.
Firudin Həmidli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta