İsraildə İŞİD-ə qoşulmağı planlaşdıran 16 yaşlı gənci saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. Bildirilir ki, Şin Bet və İsrail polisi İŞİD-ə qoşulmağı planlaşdıran 16 yaşlı gənci saxlayıb.
Onun qurumun fikirlərini bölüşdüyü, materiallarını öyrəndiyi, həmçinin partlayıcı maddələrin istehsalı istiqamətində addımlar atdığı qeyd edilir.
Məlumata görə, o, iki variantı nəzərdən keçirib: İsraildən kənarda hərbi əməliyyatlarda iştirak etmək və ya ölkə daxilində yəhudilərə hücum etmək üçün terror təşkilatı yaratmaq.
Xuraman Etibarlı
İnterpress.az