16 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Global Energy Solutions” MMC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilib.
Birjanın yaydığı məlumata görə, qeyd olunan qiymətli kağızların abunə yazılışı 21.01.2025 ci ildə başlayaraq 14 gün davam edəcək və fevralın 3-ündə yekunlaşacaq.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: “Global Energy Solutions” MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2001025884
İstiqraqzların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi / Abunə yazılışı
İstiqrazların sayı: 50 000 (ədəd)
İlkin ticarət qiyməti: 100 manat
Buraxılış həcmi: 5 000 000 manat
İllik gəlirlilik faizi: 12%
Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə)
Tədavül müddəti: 2 il
Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC
Qeyd edək ki, "Global Energy Solutions" (Glensol) neft və qaz, enerji və su sənayelərində aparıcı xidmət təminatçısıdır.