AZ

“Partiyamızın fəaliyyəti milli maraqlara əsaslanır”

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qax rayonu, Qax bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev Yeni Azərbaycan Partiyasının fəaliyyətinin milli maraqlara əsaslandığını bildirib. O, YAP-ın ölkəmizdə keçirilən bütün seçkilərdə möhtəşəm uğurlara imza atdığını və xalqın dəstəyi ilə növbəti inamlı qələbə qazanmaq əzmində olduğunu bildirib.

N.Allahverdiyev qarşıdan gələn bələdiyyə seçkilərinin önəmindən danışıb, YAP-ın seçki proqramı barədə seçicilərə ətraflı məlumat verib.

 Bələdiyyə üzvlüyünə namizədlər Eyvaz Orucov və Elmir Həşimli YAP-ın seçki proqramında nəzərdə tutulan hədəflərin gerçəkləşdirilməsinin yerli özünüidarəetməni təkmilləşdirəcəyini vurğulayaraq seçiciləri partiyanın namizədlərini dəstəkləməyə çağırıblar.

Seçicilər Eldəniz Şabanov, Əfqan Babayev və digərləri bu zamana qədər xalqın etimadını layiqincə doğruldan və ölkəmizə mühüm nailiyyətlər qazandıran Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verəcəklərini vurğulayıblar.

Seçilən
2
yeniazerbaycan.com

1Mənbələr