AZ

Paşinyan: "Ermənistanda oğlan uşaqlarının əzizlənməsi hərbi xidmətə mənfi təsir göstərir"

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan erməni ordusunun problemlərindən danışarkən oğul övladların uşaq vaxtı əzizlənməsinin hərbi xidmət üçün əngəl olduğunu söyləyib.

Erməni mətbuatının yazdığına görə, Paşinyan Ermənistanın Nazirlər Kabinetinin iclasında deyib: "Bizdə oğlanları uşaqlıq dövründə həddən artıq əzizləyirlər. Bunun yaratdığı dərin deformasiyaları hərbi şəraitdə gördük". Bundan əvvəl isə Paşinyan ölkə əhalisinin əksəriyyətinin övladını hərbi xidmətdən yayındırmağa çalışdığını söyləyib.

Ermənistan ombudsmeni Anahid Manasyan isə hökumətin iclasından sonra keçirilən brifinqdə deyib: "Orduda xidmətdən yayınmağın səbəbi bunun üçün normal mühitin hələ yaradılmamasıdır. Hökumətin iclasında yalnız vətəndaşların vəzifələrindən danışılır, lakin dövlətin də vəzifələrindən danışmaq lazımdır. Silahlı Qüvvələrdəki vəziyyət hələ də intihar və özünəqəsd hallarına səbəb olur. Əlbəttə ki, bu da hərbi xidmətə münasibətə təsir göstərməyə bilməz".

Hürr Tərcüman

 

Seçilən
1
hurriyyet.az

1Mənbələr