AZ

İlham Rəhimli və Mübariz Mənsimov nə etmək istəyir? -Fakt

13:50 16.01.2025
13:50 16.01.2025

Son vaxtlar dünyada tanınmış bəzi İlham Rəhimli, Mübariz Mənsimov kimi azərbaycanlı iş adamları ölkəmizə  həm də siyasi kapital qoymağa maraqlıdırlar. Sual olunur niyə? Bu suala cavab vermək üçün mynews.az araşdırma aparıb.

Araşdırmadan və əldə olunan faktlardan məlum olur ki, bəzi iş adamları biznesdən fərqli  mənəvi dəyərlərə də kapital qoyur.  Görünən budur ki, xeyirxahlıq məqsədilə işlər görür.

Amma maraqlıdır özəl televiziyalar, saytlar, bir sözlə media maqnatlığı,  QHT fəaliyyəti,  vətəndaş cəmiyyəti institutlarının əlində cəmlənməsi biznesə, yoxsa reytinqdə xidmət edir? Və yaxud,  məscid tikintisi,  baxça, məktəb tikintisi ilk baxışdan humanistlik, xeyirxahlıq mənzərəsi yaratsa da bəs alt şüurda necədir? ...

Birinci aydınlaşmalıdır ki, əgər bu humanistlik, xeyirxahlıqdırsa, onda niyə bu istək və vəsait bəlli dövlət qurumları vasitəsilə həyata keçirilmir? Başqa məqsəd yoxdursa, onda bu işlər niyə birbaşa özünün şəxsi təşəbbüsü kimi görülür və cəmiyyətdə "xeyirxah adam" imici formalaşdırılır. 

Məsələn  Rusiyada böyük bizneslə məşğul olan, "Putinin dostu" kimi tanınan lham Rəhimlinin Azərbaycanda kifayət qədər böyük biznesinin olması heç bir maneə yaratmır. Çoxsaylı biznesmenlər kimi Azərbaycan hamıya açıq ölkədir.  Amma İlham Rəhimlinin bir neçə mediya subyektinin olması və "xeyirxahlıq" məqsədilə özbaşına, yəni heç bir dövlət qurumunun vasitəçiliyi olmadan tikdirdiyi məktəblər, baxçaları artıq suallar yaradıb. Sizcə bu nə deməkdir?

Eləcə də dünyada tanınmış iş adamı olan  Mübariz Mənsimov. Sözsüz ki, hər yerdə olduğu kimiz Azərbaycanda da böyük yatırımlar etmək vacibdir. Amma onun arxasında başqa məqsəd olmamalıdır. Məsələn Mübariz Mənsimovun heç bir dövlət qurumunun vasitəçiliyi olmadan tikdirdiyi məscidlər, qəhrəmanların adına verilən  gəmilər, maliyəlləşdirdiyi media ordusu və s... bu artıq özünün "mənəvi kapitalı"na yönəldilən addımlardır. Bu isə bəzi suallar doğurur? 

Bu mənzərəyə aydınlıq gətirmək üçün analiz aparaq: 

Ümumiyyətlə iş adamlarının fəaliyyətləri və Azərbaycana olan yatırımları müxtəlif baxış bucaqlarından şərh edək. Bu, həm iqtisadi, həm də siyasi çərçivədə izah olunur.

Məlumdur ki,  Azərbaycana iqtisadi və siyasi kapital toplama məqsədləri biznesmenlər yatırım edə bilər. 

İqtisadi Maraqlar: Bu cür iş adamlarının əsas məqsədi adətən öz bizneslərini genişləndirmək və gəlir əldə etməkdir. Azərbaycana yatırımlar etməklə, ölkənin iqtisadi inkişafına töhfə verməklə yanaşı, öz biznes imperiyalarını gücləndirmək niyyətində ola bilərlər. Məsələn, onlar neft-qaz, kənd təsərrüfatı, turizm və ya digər sahələrdə investisiyalarla həm yerli iqtisadiyyatı dəstəkləyə, həm də özləri üçün yeni gəlir mənbələri yarada bilərlər. Burada heç bir problem yoxdur....

Siyasi maraqlar: Böyük yatırımlar etməklə hökumətdə olan bəzi adamlarla yaxın əlaqələr qurmaq, ətrafına böyük kütlə toplamaqla siyasi nüfuz əldə etmək  gələcəkdə öz maraqlarını qorumağa və istəklərini həyata keçirməyə kömək edə bilər. Belə nüfuz iş adamlarına dövlət layihələrinə daxil olmaq və hətta qanunvericilikdə özlərinə uyğun dəyişikliklər əldə etmək üçün imkan yarada bilər.

Bəs onların pozucu fəaliyyətlərə səbəb olan addımları nə ola bilər?

Mümkün risklərə baxaq: Belə iş adamları yüksək maliyyə və siyasi gücə və şəxsi reputasiyaya sahib olduqlarından, bəzən öz şəxsi maraqlarını təmin etmək üçün dövlət içərisində hər hansı təxribata meyilli ola bilərlər. 

Nəzərə alaq ki, bir iş adamının normal biznesmen kimi fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Amma o fəaliyyət ki, gələcəkdə dövlətin təhlükəsizliyinə xələl gətirə bilər və ya hər hansı problemə çevriləcəksə,  deməli dövlət qurumları və vətəndaş cəmiyyəti institutları araşdırmaya başlamalıdır.

Gəldiyimiz nəticə odur ki, siyasi kapital toplamaq və ya iqtisadi təsir əldə etmək iş adamları üçün normal bir strategiya ola bilər. Əgər onların fəaliyyətləri qanun çərçivəsindədirsə və milli maraqlara uyğundursa, bu, həm cəmiyyət, həm də dövlət üçün faydalı ola bilər. Əks halda, pozucu əməllər ciddi fəsadlar və nəticələr doğura bilər.


Seçilən
1
1
mynews.az

2Mənbələr