Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycana səfər edəcək.
Missiya.Az “Aktual.ge”yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Administrasiyası məlumat yayıb.
Bildirilir ki, səfər çərçivəsində Bakıda Gürcüstan və Azərbaycan Baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlığının hökumətlərarası komissiyasının iclası keçiriləcək.
Məlumata görə, komissiyanın iclasında hər iki ölkənin hökumət üzvləri iştirak edəcəklər.
Qeyd olunub ki, Kobaxidzenin Azərbaycanın Prezidenti İlham Əliyevlə təkbətək görüşü də planlaşdırılır. Görüşdən sonra liderlər mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.
Daşqın HəsənovMissiya.Az