AZ

Ceff Bezosun şirkəti ilk ağır yükdaşıyan raketi kosmosa göndərib 

Yazını böyüt
Yazını kiçilt

“Amazon”un qurucusu Ceff Bezosa məxsus olan “Blue Origin” aerokosmik şirkəti İlon Maskın “SpaceX” raketləri ilə potensial olaraq rəqabət apara bilən ilk ağır qaldırıcı raket olan “New Glenn” kosmik fəzaya buraxıb.

Hafta.az xəbər verir ki, Keyp Kanaveral kosmodromundan (Florida) kosmosa buraxılan raket faydalı yük kimi bütün uçuş parametrlərinə nəzarət etmək üçün nəzərdə tutulmuş xüsusi avadanlıq daşıyır. Şirkət Bezosun anasının adını daşıyan Ceklin adlı Atlantik okeanında üzən platformada raketin ilk mərhələsini təxminən 10 dəqiqəyə endirməyi planlaşdırır. “Blue Origin” ilk mərhələdən 25 dəfəyə qədər istifadə etmək istəyir ki, bu da uçuşların qiymətini aşağı salacaq. Şirkət, həmçinin ilk sınaq uçuşu zamanı yük modulunun aşağı Yer orbitinə çıxa biləcəyini gözləyir.

İlon Mask, öz növbəsində, Bezosu “New Glenn” raketinin kosmosa uğurlu buraxılışı münasibətilə təbrik edib.

“New Glenn” reaktiv daşıyıcısı 1962-ci ildə orbital kosmosa uçuş edən ilk ABŞ astronavtı Con Qlennin adını daşıyır. “Blue Origin” bu missiyanı 2015-ci ildə elan edib. Şirkət gözləyir ki, gələcəkdə 98 metr hündürlükdə, 7 metr diametrdə daşıyıcı raket aşağı Yer orbitinə 45 tona qədər yük və ya geostasionar ötürmə orbitinə 13 tona qədər faydalı yük çatdıra biləcək.

Seçilən
3
1
hafta.az

2Mənbələr