Azərbaycanda ötən il istehlakçılar içkilər və tütün məmulatlarına, eləcə də əczaçılıq məhsulları və tibbi ləvazimatlara xərclədiyi pulu azaldıblar.
Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il pərakəndə ticarət şəbəkəsində 2023-cü il ilə müqayisədə içkilər və tütün məmulatlarına 0,4 faiz az - 2 milyard 726,5 milyon manat xərclənib.
Əczaçılıq məhsulları və tibbi ləvazimatlara xərclənən pul da 2,4 faiz azalaraq 1 milyard 347,6 milyon manat olub.
Toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən pul isə 5.5 faiz artaraq 9 milyard 48,4 milyon manat olub.
Avtomobil benzini və dizel yanacağına 3 milyard 423,1 milyon manat xərclənib ki, bu göstərici 2023-cü ildən 5,5 faiz çoxdur.
Elektrik malları və mebellərə xərclənən pul 7,1 faiz artaraq 3 milyard 18,3 milyon manat, kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına 11,8 faiz artaraq 727,4 milyon manat, digər qeyri-ərzaq mallarına isə 7,2 faiz artaraq 10 milyard 53,5 milyon manat olub.