“İŞİD – Xorasan” (İŞİD-in Əfqanıstan qolu) terror qruplaşması öz təbliğat platformasında bu il potensial hücum hədəflərini açıqlayıb.
Ulusal.az xəbər verir ki, siyahıya Oktoberfest (Münhen, Almaniya), Venesiya Karnavalı (İtaliya), Kann Film Festivalı (Fransa) və Vyanada Opera Balı (Avstriya) daxildir.
Bu terror təhdidi bir neçə gün əvvəl “İŞİD – Xorasan”ın “Əl-Əzayim Media” adlı yayım platformasında dərc edilib.
Əvvəlki dövrlərdə “Vilayət Xorasan” qruplaşması Moskvada “Crocus City Hall”da baş vermiş terror hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.