Velosiped idmanının üç əsas turundan biri olan "Ciro d'İtaliya" (İtaliya turu) üçün yol xəritəsi açıqlanıb.

Offsideplus.az xəbər verir ki, mayın 9-da 108-ci "Ciro d'İtaliya"  Albaniyadan start götürəcək. Artıq 15-ci dəfə olacaq ki, velosipedçilər İtaliyadan kənar ölkədə yola düşəcək.

21 mərhələdən ibarət yarışın üç mərhələsi Albaniyada keçiriləcək. Velosipedçilər ümumilikdə 3 min 413 kilometr məsafəni qət edəcək. Yarışa iyunun 1-də İtaliyanın paytaxtı Romada yekun vurulacaq.