AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Bloomberg” agentliyinin yazdığına görə, Moskva ayrı-ayrı NATO üzvlərinin Ukraynaya təhlükəsizlik zəmanəti razılaşmaları əsasında silah tədarükünü davam etdirməsinə qarşı deyil. Lakin bu silahlardan Rusiyaya qarşı hücumlar və ya Kiyevin itirdiyi ərazilərin geri qaytarılması üçün istifadə olunmamlıdır.
“Moskva Ukraynanın təxminən 20% əraziləri - Krım, Sevastopol, Zaporojye, Xerson vilayətləri, “DXR” və “LXR” üzərində “ən azı de-fakto” nəzarəti saxlamaq niyyətindədir. Bununal belə, Kreml ərazilərin mübadiləsi barədə müzakirələr aparmağa açıqdır”,- agentlik qeyd edir.
Agentliyin həmsöhbətlərindən birinin iddiasına görə, Ukrayna və Rusiya Qətərdə nüvə obyektlərinin hücumlardan qorunması ilə bağlı məhdud danışıqlar aparır. Ukrayna mənbələri isə, yalnız əsirlərin dəyişdirilməsi və Ukraynadan aparılmış uşaqların geri qaytarılması ilə bağlı danışıqlar davam etdiyini bildirib.
Mənbələrə istinad edən “Reuters” agentliyi ABŞ-nin gələcək prezidenti Donald Trampın 5 gündən sonra vəzifəsinin icrasına başlayacaq müşavirlərinin Ukraynanın ən azı“yaxın gələcəkdə NATO-ya üzv olmayacağını nəzərdə tutan həll variantına meylləndiklərini” vurğulayıb. Bu varianta əsasən, münaqişə tərəflərinin təmas xəttindəki hazırkı mövqeləri dondurulmalıdır.
Tramp komandası Ukraynaya ciddi təhlükəsizlik təminatlarının verilməsini, o cümlədən Avropa qoşunlarının patrul nəzarəti həyata keçirəcəyidemilitarizasiya zonasının yaradılmasını dəstəkləyir.
Yanvarın 12-də Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bildirib ki, ABŞ-nin gələcəkprezidenti Rusiyanı Ukraynanın keçmiş ərazilərindən “çımaq” ideyasının real olmadığını qəbul edir.
Lakin Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa ikitərəfli təhlükəsizlik zəmanətlərinin Ukraynanın NATO-ya üzvlüyünü əvəzləməyəcəyini, yalnızalyansa gedən yolda onu gücləndirmək üçün alət ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, NATO-ya üzvlük“Ukrayna üçün yeganə effektiv təminat” rolunu oynaya bilər.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta