AZ

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Rusiya televiziyasında Zəngəzur dəhlizi ilə bağlı jurnalistin açıqlamalarına Ermənistanın hədsiz emosional mənfi reaksiyası təəccüb doğurur, çünki Moskvanın rəsmi mövqeyi İrəvana yaxşı məlumdur.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Açığı, bu reaksiya təəccüblüdür, çünki söhbət jurnalistin açıqlamalarından gedir. Bizim həmişə İrəvandan eşitdiyimiz budur ki, Ermənistan söz azadlığına sadiqdir, Ermənistanın indiki rəhbərliyi bunu öz imperativi edib. Bu, birincisi, ikincisi, bizim rəsmi mövqeyimiz dövlətin rəsmi mövqeyidir, bu da İrəvana yaxşı məlumdur, biz bunun mahiyyətini dəfələrlə səsləndirmişik”, - Zaxarova bildirib.

Xatırladaq ki, Ermənistan bundan öncə Rusiya dövlət televiziyasında Zəngəzur dəhlizi ilə bağlı gedən süjetə görə Moskvanın İrəvandakı səfirini Xarici İşlər Nazirliyinə çağırmışdı. Səfirliyə nazirlikdə nota verilib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
4
teleqraf.com

1Mənbələr