Türkiyənin Van şəhərinin Gürpınar rayonunun Yaşlıdal məhəlləsindəki iki sinifli məktəbin yeganə şagirdi Həsrət Aydın (9) rüblük qiymətlərini onu hər gün məktəbə gətirən müəllimi Şahin Aydından (31) öyrənib.
Sherg.az xəbər verir ki, Gürpınar məhəlləsindən 70 kilometr aralıda, 15 təsərrüfat və 90 əhalisi olan Dağseven məhəlləsinin Yaşlıdal kəndində iki sinifli məktəbdə təhsil alan Həsrət Aydın məktəbin yeganə şagirdidir. 1998-ci ildə tikilən və tədris ilinə 22 şagirdlə başlayan məktəb 3 il əvvəl 3 şagirdə düşüb. İki il əvvəl iki şagird orta məktəbə qədəm qoyub və indi məktəbdə yalnız bir şagird qalıb.
Rayon Milli Təhsil Müdirliyi tərəfindən 3 il müddətinə təyin edilmiş pullu müəllim Şahin Aydın məktəbin yeganə şagirdi Həsrətlə yaxından maraqlanır. Həsrəti hər gün evindən götürüb məktəbə gətirən Aydın müəllim sobanı yandırdıqdan sonra dərslərə başlayır. Məktəbə gələn Həsrət bir müddət sobanın ətrafında isinir, sonra dərslərinə başlayır.
Dərs və kitab oxuma fəaliyyətindən sonra Həsrət Aydın müəllimi Aydından semestr tətili ilə əlaqədar bir gün erkən rüblük qiymətlər vərəqəsini alıb, oxuyub və sevinib. “Qiymətlərimi aldığım üçün çox həyəcanlıyam. Böyüyəndə həkim olmaq istəyirəm. Məktəbin yeganə şagirdiyəm. Bayramda müəllimimin mənə verdiyi kitabları oxuyacağam”.
3 ildir məktəbdə ödənişli müəllim işləyən Şahin Aydın bu il də təhsillərini tək Həsrətlə davam etdirdiklərini bildirib: "Məktəbdə Həsrət tək şagird olduğu üçün çox diqqət yetirirəm. Həsrətin bu il rüblük qiymətləri əvvəlki illərdən bir qədər yaxşıdır. Hər il müvəffəqiyyət göstəricisi artır. Səhər gəlirəm, sobanı yandırıram, sinif otağını təmizliyəm və bütün hazırlıqları gördükdən sonra dərslərə başlayırıq. Mən sinifə əl gəzdirərkən Həsrət də o vaxt kitab oxuyur. Bir şagird üçün məktəb saxlamaq böyük fədakarlıqdır. Rayon icra başçısına , bizə qayğı göstərən və hər cür dəstəyi verən il və rayon milli təhsil müdirinə təşəkkür edirik".