"Roma"nın kapitanı Lorentso Pelleqrini karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az "La Repubblica"ya istinadən xəbər verir ki, onun xidmətində London "Arsenal"ı maraqlıdır.
Mənbə orta xətti gücləndirməyi hədəfləyən "topçular"ın italiyalı futbolçunun heyətə qatılması üçün hərəkətə keçdiklərini vurğulayıb. Xəbərə görə, London təmsilçisi 28 yaşlı Lorentsonun transferi uğrunda onu diqqətdə saxlayan "İnter" və "Napoli" ilə mübarizə aparacaq.
Cari mövsüm bütün turnirlərdə 21 matça çıxan Pelleqrini 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı "canavarlar"la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan oyunçunun transfer qiymətini 14 milyon avro ilə dəyərləndirir.
Nihat