AZ

“Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın hədəfləri açıqlanıb

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “AzərbaycanRespublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiq edilib.Konsepsiya rəqəmsal texnologiyaların tətbiqi ilə dövlətidarəetməsinin təkmilləşdirilməsini, iqtisadi inkişafınsürətləndirilməsini və vətəndaşların həyat keyfiyyətininartırılmasını hədəfləyir.

Bu barədə Trend-ə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindənməlumat verilib.

Qeyd olunub ki, konsepsiyada vətəndaşların, biznesin və dövlətinmaraqları nəzərə alınaraq hər üç tərəfin ehtiyaclarına uyğun həllərtəqdim edilir: "Vətəndaşların rifahını artırmaq məqsədilə dövlətxidmətlərinin həyat hadisələri əsaslı təşkili nəticəsindəəlçatanlığının və fərdiləşdirilməsinin təmin edilməsi, eyni zamandaproaktiv xidmətlərin təqdim olunması nəzərdə tutulur. İnsanamilinin rolunun minimuma endirilməsi ilə vətəndaşlar üçün dahaeffektiv və rahat xidmət təcrübəsi təmin ediləcək. Biznesin İKTresurslarına çıxışının təmin olunması, rəqəmsal texnologiyalarvasitəsilə biznes proseslərinin inkişaf etdirilməsi, İKTinfrastrukturunun təkmilləşdirilməsi, biznes və startapekosistemlərinin gücləndirilməsi, innovasiya ekosisteminin vəstartapların inkişafının dəstəklənməsi nəzərdə tutulur. Dövlətistiqamətində isə ölkədə rəqəmsal arxitektura quruculuğu, müxtəlifsahələrdə rəqəmsal xidmətlər və həllər üzrə platformaların inkişafetdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi ilə daxili idarəetməproseslərinin rəqəmsallaşdırılması, şəffaflığın gücləndirilməsi,resursların effektiv istifadəsi və iqtisadi artımın dəstəklənməsihədəflənir".

"Konsepsiyada qeyd edilən bu yanaşma cəmiyyətin hər birtəbəqəsinə fayda verən dayanıqlı rəqəmsal ekosistemin qurulmasını,rəqəmsal texnologiyaların geniş tətbiqini və innovasiyalarıntəşviqini nəzərdə tutur. Belə ki, Konsepsiya çərçivəsində rəqəmsalcəmiyyətə keçid və rəqəmsal inkişaf üçün zəruri kadr potensialınıninkişaf etdirilməsi məqsədilə əhalinin rəqəmsal hazırlığının, ocümlədən kiberməlumatlılığının artırılması, müasir İKT üzrəmütəxəssislərin hazırlanması, təlim proqramlarının təşkili, dövlətvə özəl sektor əməkdaşlığı ilə kadr potensialının artırılması kimitədbirlər nəzərdə tutulur.

Konsepsiyada proseslərin və xidmətlərin rəqəmsallaşdırılmasızamanı “bulud” texnologiyaları və süni intellekt həllərinin tətbiqivə məlumatların təhlükəsizliyi məsələləri də nəzərə alınıb.

Konsepsiya Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsiyolunda əhəmiyyətli bir addım olaraq ölkənin inkişafprioritetlərinə böyük dəstək verəcək", - deyə məlumatda qeydolunub.

Seçilən
1
az.trend.az

1Mənbələr