AZ

İranın Vitse-prezident İsrailin istənilən yerə rahatlıqla sıza bildiyini vurğulayıb

İranın vitse-prezidenti olan Məhəmməd Cavad Zərif İsrailin vaxtilə ölkənin sentrifuqa avadanlıqlarında partlayıcı yerləşdirdiyini iddia edib.

GünazTV Teleqraf.com-a istinadən xəbər verir ki, İran rəsmisi iddia edilən hadisənin nə vaxt baş verdiyini açıqlamayıb.

“Həmkarlarımız Atom Enerjisi Təşkilatı üçün sentrifuqa platforması almışdılar və onun içərisində partlayıcı maddələrin yerləşdirildiyi aşkar edildi”, - Zərif bildirib.

Vitse-prezident İsrailin istənilən yerə rahatlıqla sıza bildiyini də vurğulayıb:

“Əgər İsrail vasitəçilərdən birinə belə rahatlıqla sızırsa, onlar hər şeyi edə və istədikləri hər şeyi yerləşdirə bilərlər ki, məhz belə də oldu”.

visiontv.az



Seçilən
2
visiontv.az

1Mənbələr