Hindistanın Dehli əyalətində havanın keyfiyyətinin aşağı düşməsi səbəbindən məktəblər distant təhsilə keçir.
"Cebheinfo.az"-ın “Hindustan Times”-ə istinadən verdiyi xəbərə görə, Dehlidə Hava Keyfiyyəti İndeksi (AQI) dünən 396-ya yüksəldikdən və təhlükəli səviyyəni aşkar etdikdən sonra Dehli Təhsil Müdirliyi dövlət və özəl məktəblərdə distant təhsil modelinə keçid əmri verib.
Müvafiq olaraq, paytaxt məktəblərində 9-cu sinifdən başlayaraq bütün şagirdlər həftənin müəyyən günlərində onlayn dərslərdə iştirak edəcəklər.
İlin müəyyən vaxtlarında havanın keyfiyyətinin ən aşağı olduğu, 500 səviyyəyə yaxınlaşdığı Dehlidə tədbirlər çərçivəsində şəhər mərkəzlərində təhsil və bütün vacib olmayan tikinti işləri dayandırılır.
Qeyd edək ki, Dehli və ətraf ştatlar hər qış işlənmiş qazlar, odun, kömürün yanması və küləyin aşağı sürəti səbəbindən yüksək səviyyəli hava çirkliliyi ilə üzləşir.