Hindistanda yaşlı kişi öz dəfnindən bir neçə saat əvvəl qəfildən “canlanıb” və gözlərini açıb.
Publika.az xəbər verir ki, bu barədə "News9Live" məlumat yayıb.
67 yaşlı Pavitran ağır xəstəlikdən Manqalordakı xəstəxanada müalicə alıb. Yanvarın 13-də həkimlər xəstənin nəfəsinin dayandığını və ona kömək etmək üçün başqa heç nə edə bilməyəcəyini açıqlayıblar. Kişi təcili yardım maşını ilə evinə aparılıb. Beş saatlıq yolda o, heç bir həyat əlaməti göstərməyib. Sonra tibbi avtomobildə olan həkim onun qolunu güclə tərpətdiyini görüb. Dərhal təcili tibbi yardım işçiləri kişinin nəfəs aldığını bilib və onun reanimasiyaya köçürülməli olduğunu bildiriblər. O, xəstəxanaya qaytarılıb. Səhərə yaxın Pavitranın vəziyyəti stabilləşib və bir müddət sonra özünə gəlib, gözlərini açıb.
Məlum olub ki, xəstə sadəcə huşunu itiribmiş.