AZ

Bayden Ukrayna ilə bağlı siyasətini müdafiə edib

ABŞ Prezidenti Co Bayden deyir ki, onun administrasiyası altında güclü liderlik Tramp administrasiyası üçün “zəmin yaradıb.” O deyib ki, ABŞ-ın dəstəyi Kyivə üç ilə yaxındır Rusiyanın hərbi müdaxiləsinə qarşı apardığı mübarizəsinə ədalətli son qoymaq üçün danışıqlar aparmağa kömək edəcək.

Ukraynada artıq üç ilə yaxındır davam edən müharibədə bir neçə şəhərdə döyüşlər aparılır. Prezident Co Bayden vəzifə müddəti bitmədən bir neçə gün öncə Moskvanın 2022-ci ilin fevrlaında hərbi müdaxiləyə başlamasından bəri öz hədəflərini vurğulayıb.

“Birincisi, dünyanı Ukraynanı müdafiə etmək üçün bir araya gətirmək. Digəri isə iki nüvə qüdrəti arasında müharibədən yayınmaq. Biz bunların hər ikisini etdik,” o deyib.

Ancaq bəziləri iddia edir ki, Bayden Rusiya ilə nüvə qarşıdurması ehtimalını olduğundan çox göstərib.

“Bu bizim əlimizin zəifləməsinə, ukraynalıların da əlinin zəifləməsinə gətirib çıxardı,” MakKeyn İnstitutundan Evelin Farkas deyir.

Bu isə o deməkdir ki, bu, Vaşinqtonun Kyivə ən ölümcül silahları göndərməsinin qarşısını alıb. Eyni zamanda isə bəzi Respublikaçılarr Baydeni Ukraynaya yardıma həddidən artıq çox pul xərclədiyinə görə tənqid edib.

Birləşmiş Ştatlar Rusiyanın hərbi müaxiləsi başlayandan bəri Ukraynanı 66 milyard dollarla təmin edib ki, buna Baydenin ən son ötən həftə təsdiqlədiyi 500 milyon dollarlı yardım pakeyi daxildir. Konqresin artıq təsdiq etdiyi təxminən 4 milyard dollar hələ ki, Ukraynaya gömdərilməyib.

“Bizim vəd etdiklərimizin bəziləri ya artıq razılaşdırılıb, ya da yoldadır və gələcək həftələrdə çatdırılacaq, amma bunların hamısı növbəti administrasiyanın Ukraynanı dəstəkləyə davam etməsi üçün artıq hazırdır,” ABŞ-ın Milli Təhlükəsizlik Şurasından Mayk Karpenter deyir.

Prezident seçilən Donald Tramp Ukraynaya yardımı tənqid edib və müharibənin daha tez bitməsinə çağırıb.

“Prezident Putin görüşmək istəyir. O bunu hətta açıq şəkildə də deyib və biz bu müharibəyə son qoymalıyıq,” o deyib.

Baydenin hakimiyyəti altında məqsəd Ukraynaya lazım olduğu müddətdə yardım etmək olub. Bazar ertəsi vəzifəyə gələcək Trampın hakkimiyyəti altında isə vəziyyət fərqli ola bilər.

“Məncə hərbi əməliyyatların dayandırılmasına nail olmaq, Trampın razılığa vasitəçilik etmək, uzlaşdırıcı, dünyaya şəkil verən biri olmaq qabiliyyətini göstərmək - bu, mütləq gündəmdə olacaq,” Alman Marşal Fondundan Kristin Berzina deyir.

Avropada bir çoxları qorxur ki, bu, Ukraynanı Rusiyanın işğal etdiyi bəzi ərazilərə nəzarət etməsini qəbul etməyə məcbur etmək demək ola bilər.

visiontv.az



Seçilən
1
visiontv.az

1Mənbələr