Cəlilabadda saxta sənədlərlə torpaqlar zəbt olunur
Bu barədə rayondan faktlarla məlumatlar daxil olub. Belə ki, rayon sakini Ramal Abbasov Muğan bələdiyyəsinin saxta sənədi ilə Göytəpə şəhər bələdiyyəsinə məxsus torpaqda fərdi evlər tikib. Maraqlı məqam ondan ibarətdir ki, rayonda nəzarət edən qurumlar nə üçün bu cür qanunsuzluqlara göz yumur?
Qeyd etdiyimiz məlumat iki versiyadan ibarət ola bilər.
Birinci versiya ondan ibarətdir ki, R. Abbasov küllü miqdarda rüşvət verib və bunun muqabilində saxta sənədlərlə istəyinə nail olub. İkinci versiya ondan ibarətdir ki, heç bir qurumun məlumatı olmadan “gecəqondu” iş prinsipi ilə zəbt olunan torpaqlarda fərdi evlər tikib. Sual yaranır.Doğrudanmı, Cəlilabad rayonunda tikintiyə nəzarət edən qurumlar bu anlaşmaya gedib?
Bir sözlə, Abbasovlar qardaşları dövlət torpaqlarını və bələdiyyələrin balansında olan torpaqları “özəlləşdiriblər”. Necə ola bilər ki, Muğan bələdiyyəsinə məxsus sənədlərlə digər əraziləri zəbt edəsən?
Digər bir məlumatda isə bildirilir ki. məsələ ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsinə və digər qurumlara rəsmi müraciət olunsa da heç bir tədbir görülməyib.Dosye.org
Qeyd edək ki, Cəlilabadın icra başçısı Rafiq Cəlilovdur.
Mövzüya yenidən qayıdacayıq…