Quba, 16 yanvar, Elxan Yusifli, AZƏRTAC
Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə 741 şagird yarımfinal mərhələsində iştirak hüququ qazanıb.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yarımfinal mərhələsində Xaçmazdan 237, Qubadan 181, Şabrandan 124, Qusardan 110, Siyəzəndən isə 89 şagird biliyini sınayacaq. Şimal bölgəsi üzrə uğur qazanan şagirdlər arasında 246 nəfər Azərbaycan dili, 160 nəfər riyaziyyat,105 nəfər tarix, 79 nəfər coğrafiya, 54 nəfər informatika, 42 nəfər fizika, 40 nəfər bilogiya, 15 nəfər isə kimya fənni üzrə uğur qazanıb.
Yarımfinal turu informatika fənni üzrə fevralın 15-16-da, digər fənlər üzrə isə fevralın 23-də təşkil olunacaq.