Bakı. Trend:
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuzsaxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsiistiqamətində tədbirlər davam etdirilir.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, son 10 gün ərzində keçirilən tədbirlərnəticəsində rayon sakinlərindən 37 ədəd ov tüfəngi təhvilgötürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.