AZ

Kirayə mənzillərlə bağlı VACİB XƏBƏR: Sentyabra qədər…

Bakı şəhərinin əhalisi ildən-ilə artmağa davam edir, bununla yanaşı, bölgələrdən paytaxta iş axtarmağa gələn insanların sayı da getdikcə çoxalır. Bu axın bir çox sahədə dəyişikliklərə səbəb olur, bunlardan biri də kirayə mənzil bazarındakı tendensiyalardır. Əhalinin artması və tələbə olan təzyiqin güclənməsi nəticəsində kirayə mənzillərin qiymətlərində artımlar baş verir.

Bəs 2025-ci ildə kirayə mənzil bazarında hansı dəyişikliklər gözlənilir?

Yenisabah.az mövzunu əmlak məsələləri üzrə eksperti Ramil Qasımzadə ilə müzakirə edib. Ekspert mövcud vəziyyəti belə açıqlayıb:

“Kirayə qiymətləri hələlik dəyişməyib və stabil olaraq qalır. Hazırda, 1 otaqlı mənzillərin qiyməti 350 manat, 2 otaqlıların 450 manat, 3 otaqlıların isə 500 manatdan başlayır. Bu qiymətlər, mənzilin yerləşdiyi ərazi və şəraitdən asılı olaraq dəyişir. Fərdi yaşayış evləri üçün 1 otaqlı mənzillər 150 manatdan başlayaraq kirayə verilir, amma evin şəraiti və otaq sayı qiymətləri yüksəldə bilər. Yeni tikililərdə, çoxmənzilli binalarda isə qiymətlər kvadratmetrdən asılıdır və 1 kvadrat metr üçün qiymətlər 7-8 manatdan başlayır”.

R.Qasımzadə onu da vurğulayıb ki, kirayə bazarında tələbat və təklif arasında tarazlıq olduğu üçün qiymətlərin artacağı gözlənilmir:

“Bu il ərzində qiymətlərdə böyük dəyişikliklər gözlənilmir. Ancaq sentyabr ayında tələbə axınının və kirayə axtaranların artması ilə qiymət artımı ola bilər. Adətən yay aylarında qiymətlərdə azalmalar olsa da, son iki ildə bu trend müşahidə olunmayıb”.

Seçilən
0
4
musavat.com

5Mənbələr