Rusiya qoşunları Donbasın ələ keçirilməsi üçün uğurla irəliləməkdə davam edir, demək olar ki, hər gün Ukrayna ordusunu cəbhənin müxtəlif bölmələrində geri çəkilməyə məcbur edir. Xüsusilə Donetsk və Kursk istiqamətlərində şiddətli döyüşlər gedir. Müharibənin bütün dövründə ən böyük mühasirə formalaşır.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qərb mediası tələskənliyə yol verib. Belə ki, “Ukrayna qoşunları Donetskin Toretsk şəhəri üzərində nəzarəti tamamilə itirib" xəbərini vaxtından əvvəl verdiyi üzə çıxıb. Hansı ki, bu yaşayış məntəqəsi uğrunda döyüşlər davam edir.
Toretsk şəhərinin şimal kənarında, maddi-texniki təchizat hələ də kəsilmədiyi üçün Ukrayna Silahlı Qüvvələrinin bölmələri öz mövqelərini saxlamaqda davam edir.
Simvolik Krımskoye adını daşıyan Toretsk mikrorayonunda Ukrayna Silahlı Qüvvələrinin qalan qüvvələri möhkəmlənib. Şəhərin əsas hissəsi artıq rus qoşunlarının nəzarəti altındadır və qarşı tərəfin xilas yolu yoxdur. Məhz bu səbəbdən Ukrayna komandanlığı Toretski itirilmiş ərazi kimi tanımağa tələsmir.
"Win\Win"in mənbəsi iddia edir ki, əslində bir neçə bölməni dəstəksiz qoyan Kiyev, çoxdan itirilməsinə baxmayaraq, formal olaraq şəhəri özününkü hesab etməkdə davam edir.
Pokrovski istiqamətində rus qoşunları şəhəri cənub-qərb tərəfdən əhatə etmək məqsədilə aktiv manevrləri davam etdirir. Daxil olan məlumatlara görə, qabaqcıl bölmələr Udaçnoye kəndinin kənarında dayaq əldə ediblər ki, bu da hücumun tədricən inkişaf etdiyini göstərir.