Ultrasəs müayinələri düzgün istifadə olunduğu halda təhlükəsizdir.
Həftəlik.az Moderator.az a istinadən xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının radioloqu Jalə Parlanova bildirib.
Onun sözlərinə görə, bu müayinələr görünən vizual nəticələri yaratmaq üçün radiasiyalardan deyıl, səs dalğalarından istifadə edir:
“Bu da, pasiyentlərdə, ələlxüsus hamilə qadınlarda əlavə şüalanmanın olmasına zəmin yaratmır. Ən əsası da USM müayinə ana olan qadınlarda doğuş prosesindən sonra plasentanın qalıqlarının və qanaxma təhlükəsinin qiymətləndirilməsi üçün vacibdir.
Əsas məsələ odur ki, ultrasəs tibbi məqsədlər üçün və peşəkar həkimlər tərəfindən aparılsın. Yalnız bu zaman ondan düzgün və effektiv nəticə əldə etmək olar”, – həkim qeyd edib.
Müəllif: Türkan_zadə