Almatı Qazaxıstanın turistlər tərəfindən ən çox ziyarət edilən şəhəridir.
Fins.az xəbər verir ki, bununla bağlı Kazinform məlumat yayıb. Bildirilib ki, Almatı şəhəri 2024-cü ildə 534 min 340 nəfər turist qəbul edib ki, bu da 2023-cü illə müqayisədə 70 min çox turist deməkdir.
Bu yaxınlarda CNN telekanalı Almatını 2025-ci ildə ziyarət olunmalı 25 yer sırasına daxil edib.
Astana isə ötən il ərzində 269 min 320 nəfər turist qəbul edərək ikinci yerdə qərarlaşıb.