AZ

Qərbin Belarus ssenarisi necə həyata keçiriləcək?

Qərb ölkələri Belarusun sərhədyanı rayonlarından birini ələ keçirmək və orada sülhməramlı qüvvələr yerləşdirmək istəyirlər.

KONKRET.az xəbər verir ki, bunu Belarusun Təhlükəsizlik Şurasının baş katibi Aleksandr Volfoviç bildirib. Onun sözlərinə görə, Qərb indi “Belarus azadlıq ordusu” üçün yaraqlılar hazırlayır. Bu təlim Polşada keçirilir. Bu məqsədlə “Pospolite Rushenie” komanda-koordinasiya mərkəzi yaradılıb. Ukraynada isə belarus radikallarından ibarət  ekstremist birləşmələr hazırlanır. Aleksandr Volfoviç  əlavə edib ki, bu ərazinin “azad” elan edilməsi və ora “sülhməramlılar”ın yerləşdirilməsi üçün ekstremist birləşmələrin Belarusun bir və ya bir neçə sərhəd rayonlarının ələ keçirilməsi əməliyyatında iştirakının mümkünlüyü nəzərdən keçirilir.

Volfoviç həmçinin bildirib ki, Ukrayna xüsusi xidmət orqanları məlumat toplamaq məqsədilə ukraynalılara “rəğbət bəsləyən” Belarus vətəndaşlarını işə götürməyə davam edir .

Daha əvvəl Belarus və Ukraynanı birləşdirən yolda daşların, tikinti tullantılarının və tank əleyhinə kirpilərin peyda olması və keçidi bağladığı barədə məlumatlar yayılıb . Meşədə tikanlı məftillər də çəkilib. Ukrayna Dövlət Sərhəd Xidməti  Kiyev tərəfindən istehkamların tikintisi və Belarusla sərhəddə yerləşən Volın vilayətində atəş mövqelərinin təchiz edilməsi barədə məlumat yayıb  .

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
4
konkret.az

1Mənbələr