AZ

Ötən il əhaliyə ₼62 milyardlıq məhsul satılıb

Ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılara 62.2 milyard manatlıq, o cümlədən 34.1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 28.1 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Valyuta.az xəbər verir ki, 2023-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2.1 faiz, qeyri-ərzaq malları üzrə 6.3 faiz artıb.

 Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

 

Məhsul qruplarının adları Satışdan gəlir,
milyon manat
2023-cü ilə
nisbətən, faizlə
Məhsul qrupları üzrə
ticarət dövriyyəsinin
yekunda xüsusi 
çəkisi, faizlə
Pərakəndə ticarət dövriyyəsi 62 202,9 103,9 100,0
          o cümlədən:      
ərzaq məhsulları 31 408,1 102,3 50,5
içkilər və tütün məmulatları 2 726,5 99,6 4,4
toxuculuq məhsulları, geyim və ayaqqabılar 9 048,4 105,8 14,5
elektrik malları və mebellər 3 018,3 107,1 4,8
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 727,4 111,8 1,2
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 1347,6 97,6 2,2
avtomobil benzini və dizel yanacağı 3423,1 106,8 5,5
digər qeyri-ərzaq malları 10 503,5 107,2 16,9

 

2023-cü illə müqayisədə 2024-cü ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8.6 faiz, fərdi sahibkarlar üzrə 1.8 faiz, bazar və yarmarkalarda isə 3.4 faiz artmışdır.

Hesabat ilində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 508.0 manatlıq, o cümlədən 278.8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 229.2 manatlıq qeyri-ərzaq malları almışdır.   

Seçilən
22
valyuta.az

1Mənbələr