Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycana səfər edəcək.
Senzor.az bildirir ki, bu barədə məlumat Gürcüstan hökumətinin rəsmi internet portalında dərc edilib.
Məlumata görə, səfər çərçivəsində Bakı şəhərində, Gürcüstan və Azərbaycan respublikaları baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlığının hökumətlərarası komissiyasının iclası keçiriləcək.
Həmçinin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında təkbətək görüş planlaşdırılır. Görüşdən sonra liderlər mətbuata birgə bəyanatla çıxış edəcəklər.
Xatırladaq ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün Azərbaycana ilk rəsmi səfərini edəcək.