İbranicədə üzərinə "Emet" yazılmış bir heykəlin hekayəsidir. Adəmdən öncə yaradılan Golem hələ ruh üfurulməmiş bir çamur parçasıdır.
Adəmdən öncə yaradılan bu "Golem" alına yazılmış "Emet"in "met" olması ilə ölmüşə dönür, Emetlə isə yenidən öz halına dönür və aid edildiyi yerdə durur. Gölem ibranicədə "axmaq" deməkdir.
Burda əsas olan 6 cı gündür,
6 cı gün Gölemin alına yazılan E pozulur, "met" qalmalıdır ki, bir gün bu unudulur və 6 cı gün Emet yazısı ulə Gölem həyatın harmoniyasını pozur və parça parça edilir.
Bu günə qədər parça Gölemlər var, yəhudi düşüncəsində, dəmir Gölem, qum Golem, su Gölem, paramparça olmuş Gölem hər yerdə var, amma Birlikdə yoxdur.
Yunanların da buna bənzər bir mifləri var,
Piqmalion bu mifin qəhrəmanıdır. Heykəl düzəldən Piqmalion elə bir heykəl yonur ki, onu sevməyə başlayır.
"Gölem" xatırlatması bir yəhudiyə 6 cı günün necə bir vacib yaşanma olmasını göstərən keçmişdir, undulmur,
Daim öz gücünü saxlayır.
Bir yəhudi üçün "ivrit" hatırlanan dildir, çünki dil xatrlamalar üzərində qurulub.
Bir ellin üçün yunanca "ağlı"n həddinin tanınması dilidir, nə yunan, nə də bu dilə dayanan dillər ağıl nədir sualının cavabını verə bilmirlər.
Latınca lingvodur, dil deyildir, sadəni mürəkkəb edib, idarəetdirəndir ki, idarəedənin hökmünü saxlasın.
Ərəbcə "lisan"dır, Quranı ərəbcə endirmədik, deyir Vəhy, şübhə və tərəddüddən arınmış ərəbcənı anladır.
Türkcə bu səbəbdən "Dil"dır, bədənin üzvü ilə digər bədənin üzvünün Ürəyin birliyidir,
Şübhə və tərəddüdlərdən təmizlənmə öncə Dildədir, dildir.
Dil Danışanı təmsil edir.
Danışan ağıldır, yoxsa ürəkdir?
Ağıl dəyişməyənlərə Ad qoyub, danşışandır,
Ürək dəyişməyənlərlə birlik olub, olacaqları olan edən danışdırandır.
Ürək danışan deyil, danışdıranı bəyan edəndir,
Ağıl danışdıranı deyil, ağıla qoyulanı danışandır.
"Golem"in alnına yazılan "emet" ağıla qoyulandır,
Piqmalionın yazısı isə Heykəldir, saxlanılan "An"dır ki, gözəlliyin saxlanılması üsülüdür.
Hər ikisinin nələr yaşatdığı gördük.
İdris Heydərli
visiontv.az