AZ

Xankəndidə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anıldı

Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, əvvəlcə Dövlət Himni səslənidirilib, sonra isə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Məktəbin direktoru Cəmilə Əhmədova 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb. O, çıxışında bildirib ki, 35 il keçsə də, törədilən vəhşilik öz tarixi mahiyyətini itirmir. Məhz bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük vətən müharibəsi, 8 noyabr tarixində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ildən çox davam edən hərbi işğalına son qoyulması ilə başa çatıb. Bu zəfərlə həm 20 yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb. 35 il əvvəl Bakının Ramana qəsəbəsində fəaliyyət göstərən Xankəndi məktəbi də bu gün öz doğma məkanında şagirdlərə təhsil verir.

Çıxışdan sonra məktəbin şagirdləri "Axı biz neyləmişdik?" adlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.1990-cı ilin 19 yanvarından 20-nə keçən gecə dinc əhaliyə qarşı törədilmiş vəhşilikləri, şagirdlər çox təsirli səhnəciklərlə nümayiş etdiriblər.

Bu gün hüzn günü yox, qürur günü, bir xalqın varlığını təsdiqləyən şərafət günüdür. Qan yaddaşımıza əbədi həkk olunan 20 Yanvar tarixi, həm də Azərbaycanın sonrakı taleyində ciddi dönüş oldu. Bu faciədən sonra Azərbaycanda sovet imperiyası bütün dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümumilli amala çevrildi.


Müəllif: Teleqraf.com
Seçilən
2
7
teleqraf.com

8Mənbələr