"Roma"nın yarımmüdafiəçisi Lorenzo Pelleqrini İtaliya A Seriyasından İngiltərə Premyer Liqasına keçə bilər.
90deqiqe.Az "La Repubblica"ya istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə Londonun “Arsenal” klubu maraqlanır. "Topçular" futbolçu üçün "İnter" və "Napoli" ilə mübarizə aparmalı olacaq.
İngiltərə klubunun artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlayıb.
Pelleqrini ilə romalılar arasındakı hazırkı əmək müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. Transfermarkt portalının ekspertləri onun dəyərini 14 milyon avro qiymətləndirirlər. Bu mövsüm Lorenzo romalıların heyətində 21 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib.