Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Biz bilirik ki, Ermənistan həm sərhəddəki təxribatçı addımları, həm də ABŞ ilə imzaladığı son saziş ilə Cənubi Qafqazda sülhün meydana gəlməməsi üçün əlindən gələni edir. Ermənistan unutmamalıdır ki, bütün parametrlər üzrə Azərbaycandan geridədir. O cümlədən Ermənistanın bu gün heç bir resursu yoxdur ki, Azərbaycana qarşı hansısa addım atsın. Bütün bu avantürist addımlarla sadəcə girdabda boğulmağa davam edir. Ermənistan son illərə qədər Fransanın və onun Avropadakı müttəfiqlərinin yanına sığındı, lakin onlar Ermənistana yaxşı heç nə gətirə bilmədilər. O cümlədən bu gün demokratların administrasiyası ilə imzalanan sazişin də Ermənistan üçün ciddi bir qazancı olmayacaq".
Zeynəb Rzayeva