Türkiyədəki tərəfdaş təşkilatların bağışladığı paltarlar Türkiyə Dəyanət Vəqfinin geyim mağazasına gələn müharibə qurbanı suriyalılara çatdırılır.
Xalqcəbhəsi.az xəbər verir ki, bu haqda Türkiyənin “aksam.com.tr” saytı məlumat paylaşıb.
Məlumatda bildirilir ki, Dəyanət Vəqfi Suriya Region Koordinatoru Məhəmməd Furkan Topçu ölkədə ən əhəmiyyətli ehtiyacın geyim çatışmazlığı olduğunu söyləyib.
Mağazada ailələrin ehtiyaclarına uyğun paltar seçmək imkanı olduğunu açıqlayan M.F.Topçu, Hələb və İdlibdə geyim mağazaları olduğunu, yaxın günlərdə Şamda da paltarlar paylamağa başlayacaqlarını bildirib.
Əsəd rejiminin xalqdan ağır vergilər yığdığı üçün suriyalıların artıq yeni paltar almağa pullarının olmadığını vurğulayan M.F.Topçu, bölgədə böyük ehtiyacın yarandığını bildirib.