Qadınların hərbi xidmətə cəlb edilməsi prosesi son dərəcə ləng gedir.
Herbiand.az bildirir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
“Aydındır ki, çətinliklər var. Amma etiraf etməliyik ki, əhalimizin əksəriyyətini qadınlar təşkil edir. Əgər onların potensialından tam istifadə etməsək, o zaman ölkəmizin inkişaf yolunu bağlayacağıq”, - Paşinyan deyib.
O, müdafiə naziri Suren Papikyandan orduda xidmət edən qadınlarla bağlı vəziyyətin necə olduğunu soruşub və belə cavab alıb: “Sürət elə deyil ki, biz çox yaxşı nəticələrimiz olduğunu deyə bilək, lakin heç bir irəliləyişin olmadığını da deyə bilmərik. Hərbi xidmətə könüllü getməyə razı olmayan bir nəfər də olsun çağırışçı olmayıb. Hər çağırış üçün ən azı iki nəfərimiz var və onların əksəriyyəti xidmətini davam etdirir”.
Paşinyan isə cavabında deyib: “Ancaq bizə həndəsi irəliləyiş lazımdır, ən azı 50-100 nəfərlik göstəriciyə çatmalıyıq. Bəli, stereotiplərlə bağlı problemimiz var. Bu istiqamətdə hərəkət etmək üçün bizə aqressiv bir şey lazımdır”.
Bəxtiyar CƏFƏRLİ