AZ

20 Yanvar hadisələri ölməkdə olan rus imperiyasının son çırpıntılarından idi - ÖZƏL

"20 Yanvar hadisələri Azərbaycan xalqının XX yüzilliyin sonunda növbəti şahlanışının bir örnəyidir". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.

"Mən özüm də o hadisələrin fəal iştirakçılarından biri olmuşam. Bütün hadisələr, təbiidir ki, bizim də iştirakımız və gözümüzün önündə baş verib və məsələyə həm də içəridən baxmaq imkanlarım var. 20 Yanvar hadisələri hər şeydən öncə ölməkdə olan rus imperiyasının son çırpıntılarından biri idi. Yəni SSRİ adı altında maskalanan qanlı Rusiya imperiyası ölən ayaqda da istila altında saxladığı Azərbaycan xalqına bir zərbə vurmağa cəhd göstərdi. Onlar bu zərbə ilə bizi özümüzdən çıxarıb ruhdan salmaq istəyirdilər. Geri çəkilməyə məcbur etmək istəyirdilər, amma əksi baş verdi, Azərbaycan xalqının Rusiyaya nifrəti daha da artdı, insanlarımız Rusiyaya qarşı son mücadiləyə ayağa qalxdılar və nəticə də o oldu ki, biz artıq müstəqillik əldə etdik. Aradan keçən bu illər ərzində bütün dünyaya göstərdik ki, müstəqilliyimiz bizim üçün nə qədər dəyərli, eyni zamanda faydalıdır. Azərbaycan indi müstəqil dövlət olaraq dünyada sayılıb seçilən dövlətlərdən biridir. Yəni 20 yanvar hadisəsi, qısa olaraq belə demək mümkünsə, Rusiyanın Azərbaycanı dizə gətirmək, qorxutmaq üçün törətdiyi qanlı faciə, işğal, zülmdür. Amma  Azərbaycan xalqı da bu zülmün qarşısında geri çəkilmədi, dizə gəlmədi, yıxılmadı, əksinə, daha da dik durdu və öz müstəqilliyini əldə edə bildi. Ona görə də mən həmişə demişəm ki, 20 yanvar 1990-cı ildə, o günün ərəfəsində, ondan sonrakı günlərdə baş verən hadisələr bizim şərəf və qürur tariximizin səhifələridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
50
olaylar.az

10Mənbələr