Trampın andiçmə mərasimi üçün xüsusi mühafizə şirkəti cəlb edilib
ABŞ-nin yüksək səviyyəli məmurlarını qoruyan Məxfi Xidmət ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasimində onun təhlükəsizliyini təmin etmək üçün xüsusi mühafizə şirkəti cəlb edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TMZ portalı əldə etdiyi sənədlərə istinadla məlumat yayıb.
Portalın məlumatına görə, söhbət öz xidmətləri üçün təxminən 8,1 milyon dollar tələb edən “Arcus Group LLC” şirkətindən gedir.
Eyni zamanda, mərasim zamanı seçilmiş prezidentin müdafiəsinin əsas funksiyaları da Məxfi Xidmətdə qalacaq.
Portal əlavə edib ki, Məxfi Xidmət 2021-ci ildə Co Baydenin andiçmə mərasiminə 7,5 milyon dollar xərcləyib.