AZ

Zaxarova: Qərbin Ermənistana destruktiv təsiri Cənubi Qafqazda kommunikasiyaların açılmasına mane olur

Hurriyyet.az xəbər verir ki, Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova "Qərbin Ermənistana dağıdıcı təsirinin Cənubi Qafqazda kommunikasiyaların açılmasına əngəl olduğunu" söyləyib.

O, Rusiya jurnalistlərinin Zəngəzur dəhlizi barəsindəki çıxışlarına Ermənistanın reaksiyasının anlaşılmaz olduğunu deyib.

Zaxarova deyib: "Biz həmişə İrəvandan eşidirik ki, Ermənistan söz azadlığının tərəfdarıdır. Buna görə də İrəvandan verilən reaksiya anlaşılmazlıq doğurur. Rusiya Federasiyasının rəsmi mövqeyi İrəvana bəllidir: Rusiya ardıcıl olaraq üçtərəfli danışıqlar əsasında bütün nəqliyyat və iqtisadi əlaqələrin açıqlmasından danışır. Bu mövqe həddən artıq dəqiq ifadə edilib".

Zaxarova qeyd edib ki, Qərbin destruktiv təsiri səbəbindən erməni tərəfinin üçtərəfli işçi qrupu çərçivəsindəki işinin tempi zəifləyib.

Hürr Tərcüman

 

Seçilən
0
1
hurriyyet.az

2Mənbələr