Karate ustası, beşqat dünya, onbirqat Avropa çempionu və Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən istefa verib.
Ulusal.az Oxu.az-a istinadla xəbər verir ki, o, Azərbaycan Karate Federasiyasının (AKF) WKF üzrə vitse-prezidenti vəzifəsindən ayrılıb.
Qeyd edək ki, R.Ağayev keçən ilin fevralında Azərbaycan Karate Federasiyasının (AKF) WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.