AZ

Romina Xurşid Alam: İqlim dəyişikliyi ilə mübarizədə COP29-da atılmış addımlar olduqca əhəmiyyətlidir

İqlim dəyişikliyi ilə mübarizədə Bakıda keçirilmiş COP29-da atılmış addımlar olduqca əhəmiyyətlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Pakistanın Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühit üzrə koordinatoru Romina Xurşid Alam İslamabadda Beynəlxalq Xilasetmə Komitəsinin təşkil etdiyi "Humanitar Gələcək" adlı tədbirdə söyləyib. O, təbii fəlakətlərin zərərlərinə qarşı hazırlığı artırmaq, onların iqtisadi, sosial və ətraf mühitə təsirlərini azaltmaq üçün güclü iqlim risklərinin idarə edilməsi strategiyalarına təcili ehtiyac olduğunu vurğulayıb.

Dövlət rəsmilərinin, yerli və beynəlxalq humanitar agentliklərin nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Romina Xurşud Alam Bakıda keçirilən COP29-da qlobal mübarizə, iqlim ədaləti, iqlimə uyğun ağıllı kənd təsərrüfatı layihələri, bərpaolunan enerji həlləri, Pakistanın yaşıl bərpa planı, təbiətə əsaslanan həllər və müxtəlif iqlim maliyyələşdirmə təşəbbüsləri də daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizədə irəli sürülən mühüm addımlar barədə məlumat verib.

O, həmçinin Pakistanın su təchizatı məsələsində buzlaqlardan və çaylardan artan asılılığını vurğulayıb. Ölkənin kənd təsərrüfatında kəskin su çatışmazlığı ilə üzləşdiyini qeyd edib.

Baş nazirin koordinatoru fəlakət riskinin maliyyələşdirilməsinin qlobal itki və zərər gündəliyinə daxil edilməsinin vacibliyindən danışıb. O bildirib ki, bu yanaşma iqlim dəyişikliyi ilə bağlı artan xərcləri idarə etmək üçün proaktiv tədbir deməkdir.

Seçilən
0
1
xalqqazeti.az

2Mənbələr