AZ

Hraparak: Rusiyanın AB-yə üzvlüklə bağlı təhdidləri Ermənistanın baş nazirini narahat edir


Ermənistanın Avropa Birliyinə üzvlüyü ilə bağlı qanun layihəsinin təsdiqindən sonra Rusiyadan gələn təhdidlər baş nazir Nikol Paşinyanı narahat edib. Hətta  bir neçə gün əvvəl İcevanda icra və qanunvericilik orqanlarının rəsmilərinin iştirakı ilə müzakirələrdə Paşinyanın çıxış yolu tapılmasını istəyib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

 “Paşinyan burada bəyan edib ki, geri addım atmaq və layihəni qəbul etməkdən imtina etmək mümkün deyil. Lakin AB-yə üzvlüklə bağlı qanun layihəsi parlamentdə olsa da, bu məsələ qanunverici orqanın bazar ertəsi baş tutacaq yaz sessiyasının ilk iclasının gündəliyinə daxil edilməyib. Hakim “Vətəndaş sazişi” partiyasının bir çox deputatı qanun layihəsini “təhlükəli nəticələri olan macəra” hesab edərək onun qəbul edilməsinə qarşı çıxır. Yeri gəlmişkən, layihənin mətni hakim partiyada zarafat mövzusuna çevrilib. Çoxları Avropaya tələsənlərin savadsızlıq və primitivlik səviyyəsindən şoka düşdüklərini deyirlər”, - deyə qəzet yazıb.

Musavat.com

Seçilən
1
musavat.com

1Mənbələr