Ajans.az xəbər verir ki, rəsmi nümayəndə Mariya Zaxarova Aİ-nin Ukrayna, Moldova və Ermənistanın mümkün üzvlüyü ilə bağlı planlarını şərh edib.
“Düzünü desəm, bunların hamısı karikatura kimi görünür. Düzdür, mən artıq Avropa İttifaqını Qərbə genişlənməsi barədə düşünməyə dəvət etmək istəyirəm. Bəlkə yenidən Londona çatacaqlar? Nə üçün onlar genişlənmək barədə düşünmürlər və Vaşinqtona assosiativ üzvlük təklif etmirlər?”, - deyə, Zaxarova bildirib.