AZ

Mariya Zaxarova:” Ermənistanın mövqeyi çaşdırıcıdır”

Rusiyadan olan jurnalistlərin Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarına Ermənistanın reaksiyası çaşdırıcıdır.

KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib: “Biz həmişə ermənilərdən eşitmişik ki, Ermənistan söz azadlığına sadiqdir, ona görə də İrəvanda reaksiya çaşdırıcıdır. Rusiya Federasiyasının rəsmi mövqeyi İrəvana məlumdur. Rusiya ardıcıl olaraq üçtərəfli saziş əsasında bütün nəqliyyat və iqtisadi əlaqələrin açılmasından danışır. Bu mövqe açıq şəkildə ifadə olunub”. Zaxarova qeyd edib ki, Qərbin təsiri altında  erməni tərəfinin üçtərəfli işçi qrupu çərçivəsində işi səngiyib: “Əminik ki, qrup daxilində tamhüquqlu qarşılıqlı fəaliyyətin tezliklə bərpası təkcə Cənubi Qafqaz regionunda nəqliyyat-kommunikasiya sisteminin bərpasına töhfə verməyəcək, həm də bütün regionun gələcək sosial-iqtisadi inkişafını təmin edəcək”. Zaxarova  vurğulayıb ki, Rusiya bu problemin həllində Azərbaycan və Ermənistana kömək etməyə hazırdır.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
1
konkret.az

1Mənbələr