Yaponiya NATO missiyasının açılış mərasimi yanvarın 15-də baş tutub.
Yaponiya NATO-da nümayəndəlik açıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, bu ofisin açılması “Yaponiyaya NATO ilə daha səmərəli əməkdaşlıq etməyə və Tokio ilə Şimali Atlantika Alyansı arasında əlaqələrin daha da möhkəmlənməsinə və inkişafına töhfə verəcək”.