Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2025-ci ildə Ukraynaya 1,5 milyard avro ayıra bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Qeyd edək ki, 2024-cü ildə AYİB Kiyevə 2,4 milyard avro məbləğində kredit ayırıb.
AYİB-in səhmdarlarına 72 ölkə, həmçinin Aİ və Avropa İnvestisiya Bankı daxildir. Bankın ilkin nizamnamə kapitalı 10 milyard avro olub, 1996-cı ildə 20 milyard avroya, 2010-cu ildə isə 30 milyard avroya qədər artırılıb.