"İspaniya hökuməti Livan ordusuna 10 milyon avro ayıracaq".
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İspaniya xarici işlər naziri Xose Manuel Albares deyib.
Nazirin sözlərinə görə, Yaxın Şərq regionunda sülh İspaniyanın xarici siyasətinin əsas prioritetlərindən biridir:
"Livan ordusuna 10 milyon avro vəsaitin köçürülməsi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) vasitəsilə həyata keçiriləcək".
Gülşən Şərif