AzVision.az xəbər verir ki, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolev belə bəyanatla çıxış edib. Mövcud vəziyyəti
“Rusiyanın Cənubi Qafqazdakı maraqları üçün son dərəcə təhlükəli” adlandıran rusiyalı deputat ABŞ-Ermənistan sazişi kimi razılaşmaların Moskvanın geosiyasi maraqlarına zidd olduğunu deyib.
“Axı indi ABŞ-da iqtidarda axsayan və yıxılan Bayden yox, Trampdır. Bu, Amerikanı böyük etmək istəyən bir adamdır və bu böyüklük bizə qətiyyən lazım deyil. Onun Ermənistana girməsi onun bizim düşmənimiz olacağına dair ilk siqnaldır və yəqin ki, ən ciddi düşmənimizdir. Təbii ki, Ermənistan artıq belə bir müqavilə bağlayıbsa, onun anti-Rusiyaya çevrilməsi riski var”, - Viktor Sobelev vurğulayıb.
Qeyd edək ki, İrəvanın son vaxtlar açıq-aşkar anti-Rusiya siyasəti Moskvada ciddi narazılıq doğurur. Bu baxımdan, rusiyalı deputatın Ermənistanın növbəti anti-Rusiya layihəsinə çevrilə biləcəyi barədə ehtimalla danışması ən azı təəccüb doğurur. Maraqlıdır ki, Viktor Sobolev də daxil olmaqla, Rusiyanın bütün siyasi isteblişmenti üçün hətta Alman faşizminin əlaltısı Qaregin Njdeyə İrəvanda ucaldılmış abidə də ibrət dərsi rolunu oynamır. Tarixi faktlar isə, sübut edir ki, öz naqis məqsədlərini həyata keçirmək üçün ruslardan çox istifadə edən erməni etnofundamentalistləri fürsət düşən kimi onları arxadan vurublar.
Sahil İsgəndərov
AzVision.az