Bakıdakı şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb.
Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Belə ki, paytaxtın Sabunçu rayonu, Sülh küçəsi, ev 4D ünvanında fəaliyyət göstərən “Bəyaz” şadlıq sarayında yoxlama aparılıb.
Son Yazılar:
- Bakıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlandı
- Tramp müharibəni tez bitirmək istəyir
- Gürcüstanın yeni XİN rəhbəri Bakıya gəldi
Müəssisədə yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ tələblərin pozulması faktları müəyyən edilib. Qida təhlükəsizliyi reyestrindən çıxarışı olmadan fəaliyyət göstərən müəssisədə aşkar saxtalaşdırma əlamətləri olan 62 ədəd hər biri 700 ml “Organic” əmtəə nişanlı premium araqlarının satışının həyata keçirildiyi məlum olub. Həmin məhsulların üzərində qanunvericiliyə uyğun olaraq tam, dolğun şəkildə markalanma aparılmayıb.
Uyğunsuzluq aşkarlanan məhsullardan nümunələr götürülüb, sınaqların aparılması məqsədi ilə laboratoriyaya təqdim edilib. Agentliyin əməkdaşları saxta, istifadəyə yararsız məhsulların satışının qarşısını alaraq dövriyyədən çıxarıb.
Faktla bağlı müvafiq tədbirlər görülüb, araşdırmalar davam etdirilir.